Milli Məclisdə yenə “atışma” düşüb: <font color=red> “Meyiti başları üzərinə qaldırıb…”, “Mövzuya gəl”</font>

Cəmiyyət

12.07.2019 - 13:41

Zahid Orucun dövlət qurumlarını fəal olmağa çağırması Oqtay Əsədovun narazılığına səbəb olub

 

“Dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdır. Məsələn, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanov həbsxanada öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama verdi. Bu, düzgün yanaşma deyil”.

 

AYNA xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc səsləndirib.

 

O, dövlət qurumlarını aktiv olmağa çağırıb: “3 gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.

 

Spiker Oqtay Əsədov isə Z.Oruca irad bildirib: “Burada gündəlik ətrafında çıxış etmək lazımdır. Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, sən danışmayanda darıxırıq. Amma gündəlik ətrafında danış!”

 

Qeyd edək ki, O.Əsədov ilə Z.Oruc arasında “söz atışması” tez-tez baş verir.

Müəllif: Ayna.az