Qərar ölkədə vətəndaş qarşıdurmasından sonra vəziyyəti yaxşılaşmaq üçün nəzərdə tutulub
“Paris Klubu”adı ilə tanınan bir qrup varlı kreditor Somalinin 1.4 milyard dollar borcunun ləğv edilməsinə razılıq verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, dəstək qərarı ölkəyə üç on illikdən bəri davam edən vətəndaş qarşıdurmasından sonra vəziyyəti yaxşılaşmaq üçün nəzərdə tutulub və yeni maliyyə mənbələri axtarmağa imkan verəcək.
Somalinin Maliyyə naziri Abdirahman Beileh ölkəsinin xarici borcunun üçdə ikisindən azad edilməsi qərarını alqışlayıb.
Qeyd edək ki, 1956-cı ildə yaradılan “Paris Klubu” sənaye sektorunda borc verən hökumətlərin qeyri-rəsmi qrupudur.