Bu, Cənubi Koreyanın cavab olaraq xəbərdarlıq atəşi açmasına səbəb olub
19 noyabrda Koreya Xalq Ordusu (KXO) qoşunlarının Koreyalararası sərhədi qısa müddətə pozduğu iddia edilir. Bu, Cənubi Koreyanın cavab olaraq xəbərdarlıq atəşi açmasına səbəb olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Şimali Koreya qoşunları sərhəddə iş aparırmış.
Agentliyin mənbələri KXO qoşunlarının sayını və ya onların silahlı olub-olmadığını dəqiqləşdirməyib.
Cənubi Koreya əvvəlcə radio vasitəsilə xəbərdarlıq yayımlayıb, sonra isə xəbərdarlıq atəşi açıb.
Rəsmi Seul bildirib ki, "təlimatlara uyğun hərəkət edib".
Daha sonra Şimali Koreya qoşunları öz ərazilərinə qayıdıblar.