Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı artıb

Dünya

06.04.2020 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Krallıqda 61 yeni koronavirusa yoluxma halı qeydə alınıb

 

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı artıb. AYNA “Əl-Rəbiyə”yə istinadən xəbər verir ki, Krallıqda 61 yeni koronavirusa yoluxma halı qeydə alınıb və ümumi yoluxanların sayı 2463 nəfərə çatıb.

 

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, bu gün təşkil olunacaq mətbuat konfransında mövcud vəziyyətlə bağlı daha ətraflı məlumat veriləcək. Nazirlikdən bildirilib ki, virusa yoluxanların 47 faizi Səudiyyə vətəndaşları olsa da, 53 faizi isə gəlmələrdir.

 

Bununla yanaşı, ölkənin kralı Salman bin Abdulaziz artıq Xarici İşlər Nazirliyinə vətəndaşların Krallığa qayıtmalarına şərait yaradacaq prosedurlar üzərində işləməsi barədə təlimat verib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında bu günə qədər 34 nəfər virusdan dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş