“100-ə yaxın hərbçidən ibarət ilk qrup Qoma hava limanından bölgəni tərk edərək Nayrobiyə yollanıb”
Şərqi Afrika Birliyinin (EAC) silahlı qüvvələri Konqo Demokratik Respublikasından qoşunlarını çıxarmağa başlayıb. AYNA xəbər verir ki, bu barədə AFP təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.
“Uqanda, Burundi və Cənubi Sudan hərbçilərinin də daxil olduğu Keniyadan olan 100-ə yaxın hərbçidən ibarət ilk qrup Qoma hava limanından bölgəni tərk edərək Nayrobiyə yollanıb”, - agentliyin mənbəsi bildirib.
Bundan əvvəl ölkənin Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Stefan Mil bildirmişdi ki, Paris Sakit okean regionunda hərbi mövcudluğunu artırmaq üçün Afrikadakı hərbi mövcudluğunu çox güman ki, azaldacaq. O, həmçinin əlavə edib ki, Qərbi Afrika ilə hərbi əməkdaşlığın azaldılması bölgədən yekun olaraq geri çəkilmək demək deyil.