Qanunsuz satılan məhsulların Türkiyədən ixrac olunduğu deyilir
Ukraynanın paytaxtı Kiyevdə külli miqdarda koronavirus müayinə testləri və xərçəng xəstəliyinə qarşı dərmanlar aşkarlanıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada, aparılan əməliyyat nəticəsində tibbi vasitələrin bir şəbəkəyə məxsus olduğu deyilir.
Aşkar olunan saxta və qanunsuz satılan məhsulların Türkiyədən ixrac olunduğu deyilir. Müsadirə olunaraq götürülən məhsulların rütubətli konteynerlərdə saxlanıldığı və internet üzərinən satışa çıxarıldığı məlum olub. Ələ keçirilən məhsulların dəyərinin 1 milyon qrivnadan (80 min manat) çox olduğu qeyd edilir.