Savçenkodan çağırış: “Onlar məsuliyyətə cəlb olunmalıdırlar”

Dünya

24.05.2020 - 23:50

"Yüksək və əsas vəzifələrdə işləmiş hər kəs korrupsiya cinayətləri ilə bağlı cavab verməlidir"

 

Ukrayna Ali Radasının keçmiş deputatı Nadejda Savçenko ölkədə müdafiə sektorunda mənimsəmə ilə əlaqəli olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, Savçenko bütün dünyada bu cür korrupsiya hallarının talan kimi qəbul edildiyini söyləyib.

 

"Svinarçuk, Poroşenko, Turçinov, Paşinski kimi ən yüksək və əsas vəzifələrdə işləmiş hər kəs korrupsiya cinayətləri ilə bağlı cavab verməlidir", - deyə sabiq deputat söyləyib.

 

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Ukraynanın Milli Antikorrupsiya Bürosu Milli Təhlükəsizlik və Müdafiə Şurası (NSDC) katibinin keçmiş birinci müavini Oleq Qladkovskini saxlayıb. Qladkovski vəzifədən sui-istifadədə, hərbi avadanlıqların alınmasında korrupsiyaya yol verməkdə, rüşvətxorluqda şübhəli bilinir. 

Müəllif: Ayna.az