Salyanda bir ailənin 7 üzvü zəhərləndi - <font color=red> 4-ü uşaqdır</font>

Hadisə

24.11.2019 - 10:27

Qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb

 

Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib. AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə Qızılağac kəndində qeydə alınıb.

 

Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb.

 

Nəticədə 7 nəfər zəhərlənib.

 

Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günel Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az