Kürdəmirdə iki maşın toqquşub, xəsarət alananlar var - <font color=red> FOTOLAR</font>

Hadisə

30.10.2019 - 00:43

Yaralılara ilkin tibbi yardım göstərilib

 

Kürdəmirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

AYNA-nın Oxu.Az-a istinadən məlumatına görə, hadisə ötən gün Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes Vito” markalı avtomaşınla “VAZ-2106” markalı avtomabil toqquşub.

 

Nəticədə “VAZ-2106” avtomaşındakı sərnişinlər - Kürdəmir rayon Sığırlı kənd sakinləri 2007-ci il təvəllüdlü Eminova Qızman Elman qızı və 1981-ci il təvəllüdlü Eminova Arzu Tapdıq qızı müxtəlif növ bədən xəsarətləri alaraq, Kürdəmir RMX-nın travmatologiya şöbəsinə çatdırılıb.

 

Yaralılara ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az