Diaspor rəhbəri dekabrın 30-na kimi istintaq təcridxanasında qalacaq
Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi Azərbaycan-Ural təşkilatının sədri Şahin Şıxlinskinin həbs müddətini uzadıb.
AYNA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Şıxlinski 2025-ci il dekabrın 30-na kimi istintaq təcridxanasında qalacaq.
Qeyd edək ki, diaspor rəhbəri 2010-cu ildə iş adamını öldürməyə cəhddə ittiham olunur.