Vətəndaş bağırsağında narkotik gizlədibmiş

Hadisə

15.07.2019 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

O, narkotik vasitələri üzərində və daxili orqanında sərhəddən keçirmək istəyib

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən, Azərbaycan Respublikası vətəndaşları Bağırzadə Elşən Rövşən oğlu və Əliyev Elnur Elxan oğlu Astara gömrük postundan keçməklə piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən saxlanılıb və üzərilərində şəxsi yoxlama aparılıb.

 

Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Yoxlama zamanı Elşən Bağırzadənin üzərində, əyninə geyindiyi qəhvəyi rəngli alt paltarının ön hissəsində şəffaf rəngli sellofona qablaşdırılmış 1 ədəd bükümdə 10 qram tiryək və 340 ədəd "Z40" adlı metadon həbləri aşkarlanıb.

 

Şəxsi yoxlama başa çatdıqdan sonra onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Elşən Bağırzadə və Elnur Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq rentgenoloji müayinədən keçirilib. Rentgenoloji müayinə zamanı E.Əliyevin daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana qablaşdırılmış 4 ədəd bükümdə isə 157 ədəd "Z40" adlı metadon həbləri və 4 qram tiryək aşkar edilib.

 

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az