Azərbaycanda dəhşətli qəza - <font color=red> ÜÇ NƏFƏR ÖLDÜ</font>

Hadisə

13.07.2019 - 19:59

Minik maşını əvvəlcə dirəyə, sonra hasara çırpılıb

 

Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

AYNA xəbər verir ki, “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub.

 

“90-NN-718” dövlət qeydiyyat nişanlı BMV markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.

 

Qəza zamanı 3 nəfər dünyasını dəyişib. Fakt araşdırılır.

Müəllif: Ayna.az