Azərbaycanda yeni nazirlik yaradıldı

Xəbərlər

20.06.2019 - 18:05

Prezident İlham Əliyev mühüm fərman imzalayıb

 

Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

“Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin».

Müəllif: Ayna.az