Texniki səbəblərdən qaz təchizatı dayandırılacaq
Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq. Bu barədə AYNA “Azəriqaz”a istinadən xəbər verir.
Məlumata görə, noyabrın 3-də saat 09:00-dan işlər başa çatanadək “Zaqatala” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı qaz təchizatı dayandırılacaq.
Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.