Sabah bu ərazilərdə qaz olmayacaq

Cəmiyyət

07.08.2019 - 22:14

“Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb

 

Sabah - avqustun 8-də səhər saat 09:00-dan etibarən Azərbaycan Dövlət Neft Şirkətinin  Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunacaq.

 

AYNA xəbər verir ki, bu barədə  “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, bu müddət ərzində Bakının Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılacaq.

 

Bundan başqa, sabah səhər saat 09:00-dan etibarən İsmayıllı və Göyçay rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq. Təchizatda dayandırmalar Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz xəttində aparılan bəzi təmir işləri ilə bağlıdır.

Müəllif: Ayna.az