Ekspertdən icra başçılarının təyin edilməsi qaydası ilə bağlı təklif

Cəmiyyət

01.11.2019 - 09:21

"Regionlarda sosial-iqtisadi inkişaf yerli özünüidarəsiz baş verməyəcək - bu, birmənalıdır, mübahisəyə yer yoxdur"

AYNA xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Ekspert yerlərdə seçkili demokratiyanı təmin etmədən tarazlı və dayanıqlı regional iqtisadi inkişafa nail olmağın mümkünsüz olduğunu bildirib.

 

O, icra başçılarının seçimində Türkiyə təcrübəsindən istifadə edilməsini təklif edib.  

 

"Amma əgər indiki siyasi sistem özünü buna hazır görmürsə, icra hakimiyyətlərinin yerlərdəki təkbaşına hakimiyyətini uzun müddət qoruyub saxlamaqda israrlıdırsa, ən azından Türkiyədə olduğu kimi icra hakimiyyəti başçılarının seçimində çox aydın, şəffaf və onların peşəkarlığına təminat verən meyarlar müəyyən edilə bilər.

Türkiyədə kaymakam (mərkəzi hakimiyyətin rayonlarakı təyinatlı təmsilçisi) vəzifəsinə təyin olunmaq üçün 3 illik xüsusi əmək stajı tələb edilir. Bu staja nələr daxildir? Vilayət mərkəzi aparatında, Daxili İşlər Naziriliyində üst-üstə 6 ay, xaricdə 12 ay təcrübə və kurs keçməli, əlavə olaraq 9 ay Kaymakam vəkili kimi çalışmalı, son 4 ayı xüsusi kaymakamlıq kursu keçməlidir. 4 ixtisasdan birini bitirməlidir: siyasi bilgilər, hüquq, iqtisadiyyat və ya idarəetmə", - deyə iqtisadçı bildirib.

 

 

Müəllif: Ayna.az