Birinci vitse-prezident yas mərasiminə qatılıb

Cəmiyyət

15.10.2019 - 18:11

Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailəsinə başsağlığı verib

 

Oktyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vasim Məmmədəliyevin yas mərasimində iştirak edib.

AYNA xəbər verir ki, Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etmək üçün Təzə Pir məscidinə gəlib. Birinci vitse-prezident akademikin ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.

Müəllif: Ayna.az