Sabah Qaradağın bəzi yerlərində qaz olmayacaq

Xəbərlər

04.08.2024 - 23:31

cedabet dərman SEO Xidməti

"Səngəçal ümumi" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır

Sabah Bakının Qaradağ rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. AYNA xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

"Qaz İxrac" İdarəsinə məxsus istismardan çıxarılmış "Nərimanov" ölçü qovşağının demontaj olunması ilə bağlı 5 avqust 2024-cü il saat 10:00-dan işlər başa çatanadək "Səngəçal" QPS-dən qidalanan "Səngəçal ümumi" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Qaradağ rayonunun Umbakı, Əzimkənd, Sanqaçal qəsəbələri, Yol evləri və Bağ evləri massivlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş