Prezident Bakıda yenidən qurulan yolların açılışında iştirak edib

Xəbərlər

13.09.2019 - 13:30

Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışı olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Müəllif: Ayna.az