"Olduqca ağır dərddir, heç bir valideynə bunu arzu etmirəm”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun Amerikada yaşayan qızı vəfat edib.
E.Hüseynov AYNA-ya açıqlamasında qızının xərçəng xəstəliyindən dünyasını dəyişdiyini bildirib: “Balam savadlı həkim idi, Amerikada Toronto Universitetini bitirmişdi. Kanadada ürək cərrahı kimi fəaliyyət göstərirdi. Qəfil ağciyər xərçənginə tutuldu, müalicə heç bir nəticə vermədi”.
“Övladım cavan idi, 44 yaşı vardı, 4 yaşında bir balası qaldı. İndi qızımın nəşinin vətənə gətirilməsini gözləyirik. Olduqca ağır dərddir, heç bir valideynə bunu arzu etmirəm”, - deyə ekspert çətinliklə də olsa, əlavə edib.
Allah rəhmət eləsin.