Türk tərəfi Moskvanın terror təşkilatı ilə yaxın münasibətlərindən narahatlığını ifadə edib
Suriyada Rusiya Xarici İşlər Nazirliyinin iki əməkdaşı ilə PKK terror təşkilatının rəhbərliyi arasında görüş keçirildiyi xəbəri yayılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ruslar Suriyanın şimalını Türkiyənin hücumlarından qorumaq üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.
Bundan sonra isə Suriyada rus və türk zabitlər arasında görüş keçirilib. Türk tərəfi Moskvanın terror təşkilatı ilə yaxın münasibətlərindən narahatlığını ifadə edib.