Rusiyalı general COVID-19-dan ölüb

Dünya

18.01.2021 - 09:51

Nikolay Antoşkin xəstəxanada vəfat edib

 

Sovet İttifaqı qəhrəmanı, Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş baş komandanının müavini, general-polkovnik Nikolay Antoşkin vəfat edib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə "Hərbi Liderlər Klubu" qərargahının rəhbəri Nikolay Deryabin məlumat verib.

 

Onun sözlərinə görə, Antoşkin xəstəxanada ölüb. Dəfn mərasiminin yeri və tarixi daha sonra açıqlanacaq.

 

Dövlət Dumasınıbn “Vahid Rusiya” fraksiyasının lideri Sergey Neverov isə istefada olan general-polkovnikin ölümündən bir müddət əvvəl COVID-19-dan vəfat etdiyini bildirib.

Müəllif: Ayna.az