Rusiyalı deputat və xanımı evində öldürüldü

Dünya

28.01.2020 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti

Deputatla xanımının bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaraları olub

 

Rusiya Federasiyasının Rostov vilayəti Qanunvericilik Şurasının deputatı Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşeva evlərində ölü halda tapılıblar.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zernoqraddakı mənzillərində meyitləri tapılan deputatla xanımının bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaraları olub. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

 

Qeyd edək ki, Alabuşev regionun qanunverici məclisinin deputatı, informasiya, elm, mədəniyyət və informasiya siyasəti, aqrar siyasət, təbiətin idarəolunması, torpaq münasibətləri məsələləri üzrə komitələrin üzvüdür.

Rusiyalı deputat və xanımı evində öldürüldü
 
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş