Rusiyadan Türkiyəyə neft tədarükü rekord həddə çatıb

Dünya

16.01.2024 - 15:22

cedabet dərman SEO Xidməti

Rusiya neftinin Türkiyəyə dəniz yolu ilə tədarükü 444 min barel təşkil edib

2023-cü ilin dekabrında Rusiya neftinin Türkiyəyə dəniz yolu ilə tədarükü rekord həddə - 444 min barel təşkil edib. Bu barədə AYNA “Kommersant”a istinadən xəbər verir.

“Reuters” öz hesablamalarına istinadən xəbər verir ki, Rusiya Türkiyəyə gündə 400 min barel “Ural” nefti tədarük edib ki, bu da onun dəniz vasitəsilə ümumi ixracının təxminən 14 faizini təşkil edir.

Analitiklər bildirirlər ki, dekabrda Türkiyəyə tədarüklərin əksəriyyəti - təxminən 85 faizi Baltikyanı Primorsk və Ust-Luqa limanlarından gedən tankerlər vasitəsilə həyata keçirilib.

Xam neftlə yanaşı, Türkiyə keçən il Rusiyadan dizel yanacağı, soba mazutu, həmçinin aviasiya və dəniz yanacağının idxalını artırıb: 2023-cü ilin yanvar-noyabr aylarında tədarüklər 200 faiz artaraq təxminən 0,29 milyon barel təşkil edib.

Treyderlər hesab edirlər ki, Ankara 2023-cü ildə Rusiya neftinin və neft məhsullarının ucuz idxalını artırmaqla təxminən 2 milyard dollar qənaət edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş