Qonşu ölkədə bir gündə 22 min 778 yoluxma faktı qeydə alınıb
Rusiyada son sutka ərzində 22 min 778 nəfər koronavirusa (COVID-19) yoluxub. Bu barədə AYNA qonşu ölkə mətbuatına istinadən bildirir.
Qüyd olunub ki, Rusiyada COVID-19 xəstələrinin ümumi sayı 1 milyon 948 min 603 nəfərə çatıb.
Bir gündə 13 min 864 xəstə sağalıb, 303 nəfər vəfat edib.
Hazırda Rusiyada 461 min 265 aktiv xəstə var. Ən çox yoluxma halı paytaxt Moskvada qeydə alınıb. COVID-19 xəstələrinin sayına görə Rusiya hazırda dünyada dördüncü yerdədir.