Rusiyada COVİD-19-a gündəlik yoluxma rekord həddə çatıb

Dünya

07.05.2020 - 13:19

cedabet dərman SEO Xidməti

Koronavirusdan ən çox təsirlənən paytaxt Moskvadır

 

Rusiyada koronavirusa yoluxma həddi və ölüm faktları artmaqdadır. AYNA xarici mediaya əsasən xəbər verir ki, ölkədə gündəlik yoluxma artıq 11 mini aşıb. Son sutka ərzində virusa yoluxan rusiyalı sayı 11 min 231 nəfər olub.

 

Günlərdir ardıcıl yoluxma sayı 10 mindən çox olan ölkədə vəziyyət Avropa ölkələrini üstələyib və rekord həddə çatıb.

 

Hazırda Rusiyada COVİD -19 diaqnozu qoyulan 177 min 160 nəfər var ki, bu say da Almaniya və Fransa kimi pandemiya bəlasına düşmüş ölkələri qabaqlayaraq, artıq ilk sıralara keçib. Rusiyada son sutkada ölənlərin sayı 88 nəfərdir. Ümumilikdə xəstəlikdən dünyasını dəyişənlər 1625 nəfərdir.

 

Koronavirusdan ən çox təsirlənən paytaxt Moskvanın meri Sergey Sobyanin bildirib ki, yoluxma faktının çoxalma səbəbi tətbiq olunan test prosedurları ilə bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş