Rusiyada bir gündə 493 nəfər COVID-19-dan ölüb

Dünya

21.12.2020 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Qonşu ölkədə koronavirusa yoluxanların sayında yeni antirekord qeydə alınıb

 

Rusiyada ötən gün 29 min 350 nəfər koronavirusa yoluxub. AYNA rus mediasına istinadən bildirir ki, bununla da, ölkədə COVID-19-a yoluxanların sayı 2 milyon 877 min 727 nəfərə çatıb.

 

Bir gündə 19 min 705 nəfər sağalıb, 493 nəfər vəfat edib. Hazırda ölkədə 531 min 014 nəfər COVID-19 xəstəsi var.

 

COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş