Ölkədə son 24 saat ərzində 10 min 598 nəfərə koronavirus diaqnozu qoyulub
Rusiyada koronavirsa yoluxanların sayı yenidən 10 min nəfərdən çox olub. AYNA xəbər verir ki, ölkədə son 24 saat ərzində 10 min 598 nəfərə koronavirus diaqnozu qoyulub.
Bununla da, Rusiyada koronavirusa yoluxanların sayı 262 min 843 nəfərə çatıb.
Şimal qonşumuzda ölənlərin də sayında artım qeydə alınıb. Belə ki, son sutka ərzində 113 nəfər pandemiyadan dünyasını dəyişib və ölüm sayı 2418-ə yüksəlib.
Rusiya artıq koronavirusa yoluxma sayına görə, Almaniya, Fransa, Böyük Britaniyanı geridə qoyaraq üçüncü sırada qərarlaşır.