Nazir: “Noyabr ayına qədər maksimum həcmdə dərman olacaq”
Noyabr-dekabr ayında Rusiya əhalisinin koronavirusa qarşı peyvəndinə başlanacaq. AYNA "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.
Muraşkonun sözlərinə görə, dərmanın böyük miqdarda ilk tədarükünə sentyabr ayında başlanacaq: “Noyabr ayına qədər maksimum həcmdə dərman olacaq”.
Qeyd edək ki, Rusiya COVID-19-a qarşı “Sputnik-V” adlı peyvənd hazırlayıb. Vaksinin artıq sınaqları da həyata keçirilib.