Moskva Avstraliyanın səfirliyinə sərt etirazını bildirib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) qoşunlarının Rusiya sərhədləri yaxınlığındakı Hokkaydoda təlimlərdə iştirakına görə Avstraliyaya etiraz edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Dekabrın 15-də Avstraliya hərbi kontingentinin Hokkaydo adasında ABŞ, Yaponiya və Avstraliyanın “Yama Sakura-85” üçtərəfli təlimlərində iştirakı ilə əlaqədar Avstraliyanın Moskvadakı səfirliyinə sərt etiraz edilib”, - XİN-in bəyanatında deyilir.
Nazirlik həmçinin xəbərdarlıq edib ki, Avstraliyanın Baş naziri Antoni Albanezin kabinetinin Vaşinqton və Tokio ilə hərbi-siyasi ittifaqlara sadiqliyi Kanberranı Şimal-Şərqi Asiyada və bütövlükdə Asiya-Sakit okean regionunda gərginliyin təhlükəli artması yoluna çıxarır.