Rus ordusunun rəhbəri üsyançı generalla görüşüb

Dünya

19.02.2020 - 19:17

Həkimlər Klinikalar SEO Xidməti

Görüşün əsas mövzusu Liviyada atəşkəsin təmin edilməsi olub

 

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftar ilə görüşüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, görüşün əsas mövzusu Liviyada atəşkəsin təmin edilməsi olub.

 

Görüşdə, həmçinin Berlin Konfransında alınan qərarların təmin edilməsi, Liviya böhranını diplomatik yollarla həll etməyin vacib olduğu, Liviyanın müstəqilliyi, birliyi və ərazi bütövlüyünün müzakirə edildiyi bildirilib.

 

Lakin açıqlamada görüşün keçirildiyi yer barədə məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş