Tələfat və dağıntılar barədə məlumat yoxdur
Rumıniyada 5,2 bal gücündə zəlzələ baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.
Zəlzələ ölkənin cənub-qərbində, Qorj rayonunun Olteniya bölgəsində 13,2 kilometr dərinlikdə baş verib.