Ruhani: “Tramp rəhbərliyi ABŞ tarixinin ən pis rejimidir”

Dünya

13.05.2020 - 15:52

cedabet Klinikalar SEO Xidməti

“Bu, insanlıq əleyhinə çox qəddar, bacarıqsız və əvvəllər görülməmiş bir sistemdir”

 

İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökuməti “ABŞ tarixininin ən pis hökuməti” adlandırıb. AYNA xəbər verir ki, Ruhani bu barədə paytaxt Tehranda təşkil olunan Nazirlər Şurasının iclasında bildirib.

 

Ruhani nüvə sazişindən çıxdıqdan sonra ABŞ-ın 2 il ərzində İrana qarşı ən ağır sanksiyalar tətbiq etdiyinə diqqət çəkib: “Son iki il ərzində ABŞ tarixinin ən pis idarəetmə üsulu ilə qarşılaşdıq. Bu, insanlıq əleyhinə çox qəddar, bacarıqsız və əvvəllər görülməmiş bir sistemdir. Hətta, bu rejimin Xarici İşlər naziri belə, ömrü boyu heç bir siyasi əlifba görməmiş və oxumamış kimi davranır”.

 

İran Prezidenti Qasım Süleymaninin ABŞ-ın hava hücumunda öldürüldüyünü də xatırladıb: “Bu hökumət bizim komandirimizə sui-qəsd etdi. ABŞ həmişə terrorçu olub, amma indiki kimi heç vaxt olmamışdı”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş