Qırğızıstanda seçki məntəqələri bağlandı: səslər sayılır

Dünya

10.01.2021 - 19:03

Prezident seçkilərində fəallıq 33.13, referendumda isə 33,08 faiz olub

 

Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə forması məsələsi ilə bağlı referendum yekunlaşıb. AYNA TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Qeyd edilib ki, yerli vaxtıa saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Səslərin sayılması prosesinə başlanılıb.

 

Məlumatda bildirilir ki, prezident seçkilərində seçici fəallığı 33.13 faiz, referendumda isə 33,08 faiz olub

Müəllif: Ayna.az