Tikinti işlərinə sentyabrda başlanacaq
Qırğızıstanda rus məktəblərinin tikintisinə bu ilin sentyabrında başlanılacaq. AYNA xəbər verir ki, bi barədə ölkənin Baş nazirinin müavini Edil Baysalov bildirib.
"Rusiya tərəfindən Qırğızıstanda məktəblərin tikintisinə sentyabrın 1-də başlanılacaq", - Baş nazirin müavini qeyd edib.
Nazir həmçinin qeyd edib ki, Qırğızıstan Prezidenti Sadır Japarov məktəblərdən birinin təməlqoyma mərasimində iştirak edə bilər.
Qeyd edək ki, bu ilin mart ayında Moskva və Bişkek 9 rusdilli məktəb tikmək haqqında saziş imzalayıblar.