Üç nəfərin koronavirusa yoluxduğu təsdiqlənib
Qırğızıstanda koronavirusa yoluxma halı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada üç nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
Qırğızıstan Səhiyyə naziri Kosmosbek Çolponbayev xəstələrin 6 gün əvvəl Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına getdiyini və virusa orada yoluxduqlarını bildirib.
Qeyd edək ki, dünəndən etibarən Qırğızıstan xarici ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edib. Qırğızıstan hökumətinin qərarına əsasən, yalnız qırğız vətəndaşları ölkəyə daxil ola bilər.