Ölənlər arasında 91 uşaq, 61 qadın var
İsrail ordusunun Qəzzanı atəşə tutması nəticəsində ən azı 436 fələstinli ölüb. AYNA xarici mediaya istinadən bildirir ki, ölənlər arasında 91 uşaq, 61 qadın var.
İsrail ordusunun Qəzzadakı hədəflərə endirdiyi zərbələr nəticəsində ümumilikdə 2200-dən çox insan yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, 244-ü uşaq, 151-i qadın olmaqla 2271 nəfər yaralanıb.