Qərb Türkiyəni Cənubi Qafqazın “nəzarətçisi” təyin edir? - <font color=red> Sarkisyanın kabusu</font>

Siyasət

18.07.2021 - 10:27

“Ankaranın bölgəmizdə işğalçılığından söhbət gedə bilməz, burada aqressiv siyasət yürüdən Moskvadır”

 

Ermənistanlı beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan “Panorama.am” saytına çox maraqlı bir açıqlama verib. Deyib ki, bölgədə ciddi dəyişikliklər baş verir: “Ermənistanda isə qlobal konvertasiya yaşanır. Bütün bunların əsas məqsədi Rusiyanın Ermənistandan və nəticədə bütün bölgədən qovulması və Türkiyənin Cənubi Qafqazda “nəzarətçi” təyin edilməsidir”.

 

“Xeyr, bölgəyə baxan Avropa Birliyi və ABŞ deyil, onların müttəfiqi Türkiyə olacaq. Türkiyə onsuz da Gürcüstana (burada inqilab ABŞ və AB-nin dəstəyi ilə baş versə də) və Azərbaycana “nəzarət” edir. Yalnız biz qalırıq. Gürcüstandan və deyək ki, Ukraynadan fərqli olaraq, Rusiyanın Ermənistanla ortaq sərhədi yoxdur. Bu, Türkiyənin işini asanlaşdırarkən, Rusiyanın məqsədlərini çətinləşdirəcək. Bu, qlobal bir plandır və hər kiçik addım bu istiqamətin reallaşmasını bir qədər də yaxınlaşdırır”, - deyə o bildirib.

 

Sarkisyanın sözlərinə görə, Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibindən Xarici İşlər Nazirliyinin rəhbərinə çevrilməsi regional proseslərin məntiqinə tam uyğundur: “Təəccüblənəcək bir şey yoxdur. O, Türkiyəni düşmən hesab etmir və anti-Rusiya mövqeli bir adam kimi tanınır. Onun üçün doğulduğu yerin Azərbaycana təslim olması xüsusi bir şey demək deyil”.

 

Bəyanatlar çox sərtdir. “Nəzarətçi” nə deməkdir? Cənubi Qafqazın bir növ həbsxana olduğunu düşünə bilərsiniz. Əgər Ermənistan özünü həbsxanada hiss edirsə, bu, avtomatik olaraq bölgədəki digər ölkələrə şamil edilə bilməz. Gürcüstan haqqında da Türkiyənin onsuz da ona “nəzarət etdiyini” söyləyir. Müstəqil statusa və öz xarici siyasətinə sahib, açıq şəkildə Avropaya inteqrasiyanı hədəf alan bu ölkə üçün həm şişirdilmiş, həm də təhqiredici səslənir.

 

Erməni politoloqun bu qiymətləndirmələrini necə xarakterizə etmək olar və Sarkisyan bölgəmizdə baş verənləri nə qədər düzgün qəbul edir? AYNA-nın suallarını Fürcüstanın tanınmış mütəxəssisləri cavablandırıblar.

 

Siyasi və hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya:

Vaxtanq Maisaya: “Gürcüstan-Azərbaycan-İsrail əməkdaşlığı tam yerinə  düşərdi”

“Deyim ki, erməni ekspertin bu açıqlamaları Cənubi Qafqazda bu gün müşahidə olunan bütün meylləri bir növ sadələşdirməyə çox ibtidai cəhd kimi xarakterizə edilə bilər. Düşünürəm ki, məsələlər daha ciddidir. Regional təhlükəsizlik konsepsiyasının “3+3” formatında həyata keçirilməsi artıq davam edir və bu çərçivədə Rusiya və Türkiyə orijinal hegemon dövlətlərdir. Yəni bu istiqamətdə müəyyən bir əlaqə qurulub. Və təsir dairələri barədə razılığa gəlinib. Bu mənada Türkiyə heç bir “nəzarətçi” filan deyil.

 

Düşünürəm ki, əksinə, Türkiyə az-çox maraqlar üzərində tarazlıq qurur. Cənubi Qafqazdakı proseslərdə aqressiv yanaşma göstərən Rusiya Federasiyasıdır. Rusiyanın yeni milli təhlükəsizlik strategiyası təcavüzkarlığı və militarist istəkləri ilə seçilir. İndi ABŞ, təəssüf ki, həm Orta Asiyanı, həm də Cənubi Qafqazı tərk edir və bu mərhələdə NATO üzvü və Avropa Birliyinin müttəfiqi olan Türkiyənin bögəmizdə olması, Moskvanın istəklərinə qarşı bir növ əhəmiyyətli balans yaradır.

 

Beləliklə, bu kimi reallıqlar nəzərə alındıqda, Türkiyəni şübhəsiz ki, Gürcüstanın hər hansı bir “nəzarətçisi” və ya “işğalçısı” adlandırmaq olmaz. Türkiyə bizim üçün strateji tərəfdaşdır. İqtisadi, humanitar və hərbi sahələrdə əlaqələri inkişaf etdiririk. Axı Türkiyə NATO üzvüdür və əməkdaşlığımız Gürcüstanın Alyans üzvü olmaq istəyi kontekstində baş verir. Yəni bu, tamamilə xüsusi bir formatdır.

 

Düşünürəm ki, Sarkisyanın yuxarıdakı şərhi bəzi geosiyasi modelləri, necə deyərlər, məktəb tədris proqramı səviyyəsində ibtidai olaraq formalaşdırmaq cəhdidir”.

 

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani:

Arminfo: Амиран Хевцуриани: Абхазская железная дорога сделает Грузию  зависимой от России

“Cənab Suren Sarkisyan haqqında deyə biləcəyim tək şey - zaman və məkan ararsında özünü tam şəkildə itirməsidir. Bununla birlikdə, tamamilə əsassız olmayan narahatlığını yaxşı başa düşürəm. Rusiyanın Cənubi Qafqazdakı nüfuzu “sıfıra” düşüb.

 

Qərbin Türkiyəni bölgəmizin “nəzarətçisi” olaraq necə təyin etmək niyyətində olduğuna gəlincə, əlbəttə ki, bu da Sarkisyanın kabuslarından biridir. Ancaq Türkiyənin Cənubi Qafqazda öz maraqları var və burada qeyri-təbii bir şey yoxdur.

 

Yaxın gələcəkdə şəxsən mən Ermənistanla Türkiyə arasındakı münasibətlərin istiləşməsi üçün konkret addımları istisna etmirəm və bu, bölgədə sabitliyin bərqərar olması baxımından kökündən vacibdir. Təbii ki, ağır tarixi yaddaş heç bir yerə yox olmur, amma həyat davam edir və keçmiş gələcəyin bələdçisi olmamalıdır. Eyni zamanda, güc nümayişi dövrü birdəfəlik keçmişdə qalmalı və 2020 hadisələri artıq təkrarlanmamalıdır”.

Müəllif: Rauf Orucov