Onun əlləri arxasından bağlı, kürəyi isə qan içində olub
Qazaxıstanın Misirdəki səfirliyinin əməkdaşı Yelaman Joldasov Qahirədə müəmmalı şəkildə ölüb.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhumn əmisi qızı Gülnarə Pernebekovanın sözlərinə görə, Yelaman dekabrın 13-də evinin girişində ölü halda tapılıb. Onun əlləri arxasından bağlı, kürəyi isə qan içində olub. Hazırda polis intihar versiyası üzərində araşdırmalara başlasa da, Joldasovun qohumları bununla razı deyil.
Qeyd edək ki, Gülnarə Pernebekovanın sözlərinə görə, Joldasov Misirdə tələbəlik illərindən yaşayır. O, səfirlikdə mədəniyyət məsələləri üzrə mütəxəssis işləyib. 2 uşaq atası olan diplomatın həyat yoldaşı üçüncü övladına 7 aylıq hamilədir.