Qazaxıstanda koronaviruslu qadın körpə dünyaya gətirib

Dünya

10.04.2020 - 07:39

Həkimlər Klinikalar SEO Xidməti

Körpənin koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün test götürülüb

 

Qazaxıstanda koronavirusa yoluxmuş hamilə qadın körpə dünyaya gətirib.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Kızılordu şəhər sakini olan qadının yeni doğulan körpəsi 2 kiloqram 970 qram çəkidə, boyu isə 51 santimetr uzunluqdadır. Uşağın vəziyyətinin qənaətbəxş olduğu deyilir. Onun koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün test götürülüb.

 

Covid-19 daşıyıcısı olan ana isə müalicəsini davam etdirmək üçün yoluxucu xəstəliklər xəstəxanasına köçürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş