Qaradağ meşələri yanır - İran hökümətindən səs-səmir yoxdur

Hadisə

22.08.2019 - 23:37

Həkimlər Klinikalar SEO Xidməti

"Azərbaycanın ya tarixi abidələri yanmalıdır, ya da möhtəşəm təbiəti"

 

Güneydən soydaşlarımız çağırış edirlər: "Qaradağ meşələri yanır, yanğını söndürmək üçün xüsusi təyyarələrə ehtiyac var. Təbrizdə bu imkan yoxdur, Tehrandan isə səs-səmir yoxdur". 

AYNA xəbər verir ki, tərcüməçi, jurnalist Yaşar Şekari: "Qaradağ meşələri dünən gecədəndi yanır.  Doğru! Yenə də yanğını söndürmək üçün ciddi addım atılmayıb. Bununla da bitməyib, boykot rejimi tətbiq olunub İran mediasında. Həm iqtidar, həm xaricdəki müxalifət mediası! Azərbaycanın ya tarixi abidələri yanmalıdır, ya da möhtəşəm təbiəti" - deyə, bildirib.

Adil Abbaszadə: "Qaradağ meşləri dünən gecədən bəri alovlar içində məhv olur. Təbriz fövqəladə halllar rəisi deyir ki: "Ümid edirəm odun qarşısını almaq üçün Tehrandan təyyarə göndərsinlər. Hələ heç bir şey bəlli deyil".

 

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət