Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 19 yaşlı erməni əsgərin ölümünə görə bir nəfər saxlanılıb
AYNA “Qafqazinfo"ya istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs sıravi K.A.-dır.
Xatırladaq ki, noyabrın 4-də Qarabağdakı erməni hərbi hissədə əsgər Erik Arutyunyan çənə nahiyyəsindən güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi açılıb.