Türkiyənin Van bölgəsində xilasetmə işləri davam edir
Türkiyədə Van-Baxçasaray magistral yolunun 33-cü kilometrliyində baş verən qar uçqunları nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində indiyədək 84 nəfər xəsarət alıb.
Yaralılardan 10-a yaxını reanimasiyaya yerləşdirilib. Digərləri bölgənin ayrı-ayrı xəstəxanalarında müalicə alırlar.
İndiyədək uçqun altında qalan 60-dan çox insan xilas edilib.
Məlumatda qeyd olunur ki, hazırda təbii fəlakət baş verən bölgədə xilasetmə işləri davam edir. Əraziyə 600 nəfərdən çox xilasedici cəlb olunub.