Putin Zaxarovanın səhvinə görə həmkarından üzr istəyib

Dünya

11.09.2020 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

Serbiya Prezidenti Lavrovun da ondan üzr istədiyini deyib

 

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarovanın sosial media hesabındakı yazısına görə, Prezident Putinin ondan üzr istədiyini bildirib. AYNA xəbər verir ki, Vuçiç bununla bağlı Serbiya Dövlət Televiziyasına açıqlama verib.

 

Serbiya lideri ABŞ Prezidenti Donald Trampla görüşünü “Təməl İnstinkt” filmindəki bir səhnə ilə müqayisə edən Zaxarovanın paylaşımına toxunaraq, Putinlə yanaşı, Xarici İşlər naziri Sergey Lavrovun da ondan üzr istədiyini deyib.

 

Vuçiç sözügedən paylaşımı Putinin bəyənmədiyini və üzrxahlığın səbəbinin ona və Serbiyaya hörmət əlaməti olduğunu bildirib.

 

O, Putin və Lavrovla ikitərəfli münasibətlər və yeni əməkdaşlıq imkanlarını müzakirə etdiklərini də əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş