“Vəziyyət daxildə, müstəqil Ukraynanın özündə inkişaf etməlidir”
“Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko qərbyönlü siyasətçi sayılırdı. Lakin Rusiya onunla münasibətləri yaxşılaşdıra bilmişdi”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Rusiya liderinin sözlərinə görə, bəzən qeyri-rəsmi şəraitdə Yuşşenko ilə görüşüb.
“Qərb Qərbdir, belə də olsun. Vəziyyət daxildə, müstəqil Ukraynanın özündə inkişaf etməlidir”, - Putin bildirib.
Rusiya prezidenti Yuşşenkonun 2004-cü ildə Ukraynada hakimiyyətə gəlməsini də “dövlət çevrilişi” adlandırıb.