Putin Lukaşenkoya zəng edib

Dünya

30.08.2020 - 14:38

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentlər yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar

 

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında yenidən telefon danışığı olub. Bu barədə AYNA Rusiya mətbuatına istinadən xəbər verir.

 

"Prezidentlər Rusiya - Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər. Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar", - deyə Kremlin məlumatında qeyd olunub .

 

Qeyd edək ki, iki dövlət başçılsı arasında əvvəlki telefon söhbəti 24 avqustda baş tutub. Liderlər Belarusdakı siyasi böhranı müzakirə ediblər. Bundan əlavə, Belarus vətəndaşlarının könüllü olaraq Rusiyada koronavirusa qarşı hazırlanan peyvəndin sınaqlarının üçüncü mərhələsində iştirak etmələri barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş