Putin: "Elə bir şərait yaradacağıq ki..."

Dünya

02.03.2020 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

"Elə bir şərait yaradacağıq ki, heç kim bizə qarşı döyüşmək istəməsin”

 

Türkiyə Silahlı Qüvvələri (TSQ) “Bahar Qalxanı” əməliyyatı ilə Suriya Ordusuna məxsus nöqtələri nişan almaqda davam edir.

 

AYNA xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “Tass” xəbər agentliyinə gedişatla bağlı açıqlama verib.

 

“Heç kimlə müharibə etmək niyyətimiz yoxdur. Hətta elə bir şərait yaradacağıq ki, heç kim bizə qarşı döyüşmək istəməsin”, - deyə Rusiya Prezidenti bildirib.

 

Qeyd edək ki, TSQ-nın Suriya birləşmiş qüvvələrinə məxsus döyüş təyyarələrini zərərsizləşdirməsindən sonra Rusiya Müdafiə Nazirliyi açıqlama vermişdi. Açıqlamda, Suriya hökumətinin İdlib səmasını müdafiə məqsədi ilə bağlamasını bildirən nazirlik belə bir durumda Suriyanın havadan təhlükəsizliyini təmin edə bilməyəcəklərini vurğulamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş