Putin 4 generalı işdən çıxarıb

Dünya

07.02.2020 - 00:32

Həkimlər Klinikalar SEO Xidməti

Vladimir Putin fərman imzalayıb

 

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin generallarını, habelə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin rəsi müavinini vəzifəsindən azad edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə prezidentin fərmanı rəsmi dövlət saytında dərc olunub. Vəzifəsindən kənarlaşdırılan generallar bunlardır:

 

DİN-in Amur vilayəti üzrə şöbə rəisi, general-mayor N.N.Aksenov

 

DİN-in Primorsk diyarı üzrə şöbə rəisi, general-mayor N.N.Afanasyev

 

Komi Respublikası DİN rəhbəri, general-mayor V.N.Polovnikov

 

Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.Q.Sarafanov

 

FHN-nin Çeçenistan Respublikasında Baş İdarəsinin rəisi, general-leytenant R.X.Yaxyev.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş