Prezident 625 məhkumu əfv edib - <font color=red> SƏRƏNCAM</font>

Xəbərlər

18.03.2021 - 16:32

Sərəncam imzalandığı gündən qüvvəyə minir

 

Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda deyilir:

 

"Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram” Prezidentin sərəncamına əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər, 97 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir, aadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilirlər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilirlər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər, islah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər, 23 nəfər isə cərimə cəzasına məhkum edilmişlər cəzadan azad edilirlər.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

 

Əfv olunan şəxslərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Müəllif: Ayna.az