Jurnalistlər üçün müsabiqə elan olunub

Xəbərlər

13.11.2019 - 16:26

Müsabiqədə iştirak etmək istəyənlər təklif-müraciətlərini noyabr ayının 30-dək göndərə bilərlər

 

Bakı Mətbuat Klubu (Pressklub) jurnalistlər üçün aşağıdakı mövzularda musabiqə elan edir.

 

– medianın ictimai nəzarətdə iştirakı 

 

– mediada debatlar

 

Mətbuat Klubu tərəfindən seçilmiş layihələrin icrası (məqalələrin, yaxud videomaterialların hazırlanması) üçün məsləhətçilər və lazımi vəsait ayrılacaq.

 

AYNA xəbər verir ki, məqalələrin dərci, videomaterialların yayımı təmin ediləcək.

 

Müsabiqədə iştirak etmək istəyən jurnalistlər (o cümlədən jurnalistika fakültəsinin tələbələri) təklif-müraciətlərini noyabr ayının 30-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciətin mətni “Təklifin məzmunu”, “İcra planı və müddəti”, “İcraçıları və onların iş təcrübələri” bölmələrindən ibarət olmalı, həcmcə 2 kompüter səhifəsini keçməməlidir.

Müəllif: Ayna.az